- , 22 Dekabr, 2024
Tarix: 19.12.2023 09:02
Müğənni Sevda Yahyayeva ilk dəfə qızı Aylanın üzünü göstərib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi qızının 1 yaşının tamam olduğunu bildirib.
Yahyayeva hisslərini belə ifadə edib: “Demək qismətdə mənim də övladımı təbrik etmək varmış. Bu gün üçün Allaha sonsuz təşəkkür edirəm. Mən səninlə sevginin yeni ünvanını tapa bildim. Səni sevirəm, Aylam. 1 yaşın mübarək”.
Xatırladaq ki, S. Yahyayeva 2021-ci il oktyabrın 22-də həkim Zakir Bayramovla ailə həyatı qurub. Cütlüyün Aida adlı ikinci övladı da dünyaya gələcək.