- , 22 Dekabr, 2024
Tarix: 31.10.2024 11:57
Azərbaycanda xalis sıfır karbon emissiyasına çatmaq üçün 200 milyard dollar investisiya tələb olunur. Əgər bizim iqtisadiyyatımız yaşıllaşsa xalis gəlirlərimiz də artacaq.
"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib. O bildirib ki, COP 29 çərçivəsində həll etməli olduğumuz məsələlər çox vacibdi.
"Azərbaycan iqtisadiyyatının payı dünya iqtisadiyyatında elə də böyük deyil. Ancaq yaşıl keçid üçün olduqca böyük məbləğlər tələb olunur. Ona görə iqlimlə bağlı milli öhdəliklər çox vacibdi. Biz iddialı iqlim fəaliyyət planı ortaya qoyacayıq" - deyə o əlavə edib.