COP29-un Prezidenti ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə nail olmaq üçün səyləri birləşdirməyə çağırıb

Tarix: 11.11.2024 11:57

"COP29 çərçivəsində 2030-cu ilədək hədəflərin müəyyənləşdirilməsi də vacib məqamlardandır". APA xəbər verir ki, bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransın açılış mərasimindəki nitqində deyib. O, iştirakçı ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsinə çağırıb: "Adaptasiya olunmuş maliyyə və şəffaflıq da əsas məsələdir. Bu sahədə ilk hesabat cari il ərzində təqdim ediləcək. Azərbaycan iqlim dəyişikliyi sahəsindəki nəhəng problemi həll etməklə, digər ölkələrə nümunə olmağı hədəfləyir. İqlim dəyişikliyi problemi ilə üzləşən bütün dövlətlər bizdən konkret nəticələr gözləyir. Gəlin, bu nəticələrin əldə etməsi üçün səylərimizi birləşdirək".

Xəbər Lenti