- Şənbə, 21 Dekabr, 2024
Tarix: 13.11.2024 11:47
COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və BMT-nin Məskunlaşma Proqramının ortaq pavilyonunun açılışı olub.
APA xəbər verir ki, "Zero Waste Foundation" , "Bloomberg Philanthropies", "İlbank", "Local Governments for Sustainability" kimi təşkilatlar da pavilyonda fəaliyyət göstərəcək.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirak edib.
Sahilə Cabbar