SEPAH HAMAS və İsrail arasındakı atəşkəsi "Fələstinin qələbəsi" adlandırıb

SEPAH HAMAS və İsrail arasındakı atəşkəsi "Fələstinin qələbəsi" adlandırıb

Tarix: 16 Jan 2025 11:54

SEPAH İsraillə HAMAS arasında atəşkəs və və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanatında HAMAS-ı İsrailə qarşı “atəşkəsin tətbiqində əldə etdiyi böyük qələbə” münasibətilə təbrik edib.

Bəyanatda qeyd edilib ki, “müharibənin başa çatması və atəşkəsin tətbiqi Fələstin üçün açıq-aşkar qələbə, İsrail üçün isə daha böyük məğlubiyyətdir”.

SEPAH, həmçinin “İsrailə atəşkəs razılaşmasının mümkün pozulmalarına qarşı xəbərdarlıq edib, hər hansı yeni müharibə aktları ilə mübarizə aparmağa hazır olduğunu” vurğulayıb.

Mənbə: apa.az

Xəbər Lenti