Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 23 Feb 2025 11:37
Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
ADY-dən APA-ya verilən məlumata görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür.
Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.
Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir.
Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.


