Ötən il miqrasiya ilə bağlı 22,3 min qanun pozuntusu olub

Tarix: 14.03.2025 11:51

22,3 min halda miqrasiya qanunvericiliyinin tələbləri pozulub.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

“Hesabat ilində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəzarətdə saxlanılıb, o cümlədən əcnəbilərin qanunsuz miqranta çevrilməsinin qarşısının alınması ilə bağlı zəruri addımlar atılıb, 22,3 min (2023-cü ildə 23,1 min) halda miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və müvafiq tədbirlər görülüb”,- hesabatda qeyd edilib.

Xəbər Lenti