Gürcüstan Baş naziri: Litva öz suverenliyini o dərəcədə itirib ki, XİN-in bəyanatlarının dəyəri yoxdur

Tarix: 21 May 2025 11:57

Litva öz suverenliyini o dərəcədə itirib ki, onun xarici işlər nazirliyinin hər hansı bəyanatının müstəqil dəyəri yoxdur.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyi .

“Litva Xarici İşlər Nazirliyi mövcud deyil, o, “dərin dövlət”in adi bir bölməsidir. Litva öz suverenliyini o dərəcədə itirib ki, Xarici İşlər Nazirliyinin hər hansı bəyanatının müstəqil dəyəri yoxdur. Litva hökuməti gürcü və litva xalqları arasında ənənəvi dostluğu sarsıda bilməyəcək”, - Baş nazir bildirib.

Xəbər Lenti