Ədalət Həsənov: Qardaşların meyitlərinin Azərbaycandakı ekspertiziya rəyi ilə Rusiyanın ekspertiza rəyi uyğun gəlmir

Tarix: 01.07.2025 11:45

"Azərbaycandakı ekspertiziya rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi ekspertiza rəyi uyğun gəlmir".

APA xəbər verir ki, bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

"Hər iki gözün ağlı qişasına qansızmalar, sağ gözün üst və alt qapalarında qansızmalar, döş qəfəsində qançırlar, döş qəfəsini palpasiya edəndə assimetrikdir, qarnın sağ yansəthində və kalçada qançırlı sıyrıqlar, xayalıqda qırmızı və göyümtül qançırlar var. Bunlar ölümə səbəb olan xəsarətlərdir. Daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər birincidən fərqlənmir. Baş-beyinə qansızmalar, döş qəfəsinin sıxılması, qabırğaların çoxsaylı yerdəyişən sınıqlar, qarnın arxa divarında yumşaq toxumalarda, paranefral sahələrdə qansızmalar, yumşaq toxumalarda yayılmış qansızmalar, xayalığın qançırları ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən çoxsaylı xəsarətlərlə ağır post-travmatik şok olub. Bunlar hər iki şəxsin xarici və daxili mayinələrin nəticələridir" - Ə. Həsənov əlavə edib.

O bildirib ki, burun sümüklərinin yerini dəyişən sınığı var:

"Döş qəfəsi deformasiyaya uğrayıb, sol gözətarfı nahiyədə 14x12 sm ölçüdə hematomiya, üst və alt dodaqların selikli qişası qançırlı, alının sol və sağ qaşüstü nahiyədə sıyrığlar, döş qəfəsinin arxa səthində, hər iki əlin arxası qançırlıdır. Sol bel nahiyəsinin köndələn istiqamətli sıyrığı, sol budun iç səthinin 17x2.5 sm ölçüdə zolaqşəkilli sıyrığı var. Meyit daxili müayinə olundu. Başın dərisinin iç səthində geniş qansızmalar var".

Xəbər Lenti