Cümə axşamı, 3 İyul, 2025
Tarix: 03.07.2025 11:57
Bu gün səhər saatlarında Rusiya Ukraynanın Poltava şəhərinə dron zərbələri endirib.
APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb.
Hücum nəticəsində bir neçə ərazidə yanğın baş verib.
“Təəssüf ki, ölənlər və yaralananlar var, xüsusən də mülki şəxslər. Zərərçəkənlər haqqında əlavə məlumat veriləcək”, - Baş qərargahdan bildirilib.