Türkiyə Prezidenti: Biz terror təşkilatını fəaliyyət imkanından məhrum etdik

Tarix: 12.07.2025 11:41

Biz terror təşkilatını fəaliyyət imkanından məhrum etdik.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, terrorla mübarizə Türkiyə iqtisadiyyatına 2 trilyon dollar zərər vurub.

O qeyd edib ki, Türkiyənin terrorla mübarizə tarixində müəyyən səhv addımlar olub, lakin bu gün ölkə ərazisində terror təşkilatları fəaliyyət imkanından məhrum edilib.

Ərdoğan PKK terror təşkilatının tərksilah olmasını şərh edərək, bu günün yeni, tarixi gün olduğunu da vurğulayıb.

Xəbər Lenti