, 13 İyul, 2025
Tarix: 13.07.2025 11:24
“İskəndər-M” ballistik raketləri və onların Şimali Koreya analoqu olan KN-23 raketlərinin Rusiyadakı ehtiyatları son bir yarım ay ərzində demək olar ki, iki dəfə azalıb.
APA xəbər bu barədə “LIGA.net” məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (Hərbi Kəşfiyyat) redaksiyanın sorğusuna cavabında bildirilib ki, 2025-ci ilin iyul ayının əvvəlində Rusiyada təxminən 300 ballistik raket olub. Onların 250-dən çoxu “İskəndər-M”, təxminən 50-si isə KN-23 raketidir.
Nəşr xatırladır ki, hərbi kəşfiyyatın məlumatına əsasən, may ayının ortalarında Rusiya ordusunun bu tip raketlərdən təxminən 580 ədəd ehtiyatı var idi.
Hərbi Kəşfiyyat həmçinin qeyd edib ki, Rusiya Ukrayna sərhədi yaxınlığında belə raketləri buraxmaq qabiliyyətinə malik olan 60-dan çox operativ-taktiki raket qurğusu yerləşdirib.
Bundan əlavə, kəşfiyyat məlumatlarına əsasən, ruslar 2024-cü illə müqayisədə raket istehsalını artırıblar və hazırda ayda 40 ədəd əvəzinə 60 raket istehsal edirlər.