Çərşənbə axşamı, 15 İyul, 2025
Tarix: 15.07.2025 11:32
Türkiyənin Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə “15 iyul - Demokratiya və Milli Birlik Günü” ilə ələqadar tədbir keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, konsulluqda baş tutan tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, Gəncə, Samux, Naftalan icra hakimiyyərinin nümayəndələri, ziyalılar və səhər ictimaiyyəti iştirak edib. Tədbir şəhidlərin xatirəsinin anılması və hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə baslayib. Şəhidlərin ruhuna dualar oxunub.
Türkiyənin Gəncədəki baş konsulu çıxış edərək 15 iyul 2016-cı il hadisələrindən danışıb. O, hadisələr zamanı 251 vətəndaşın şəhid olduğunu, 2 mindən artıq şəxsin yaralandığını xatırladıb: "Xalq bu vəziyyətə biganə qalmadı, ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın çağırışı ilə minlərlə vətəndaş dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün şəhər meydanlarına və küçələrinə çıxdı, vətəni, dövləti və demokratiyanı müdafiə etdi".
Tədbirdə 15 iyul hadisələrini və Türkiyənin inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.