Kamboca ilə sərhəddəki toqquşmalarda 9 tailandlı ölüb

Tarix: 24.07.2025 11:48

Tailand-Kamboca sərhədində baş verən toqquşmalarda 9 tailandlı mülki şəxs həlak olub.

APA Tailand ordusuna istinadən xəbər verir ki, ölüm halları sərhəddə yerləşən üç əyalətdə qeydə alınıb və onların arasında 8 yaşlı uşaq da var.

Xəsarət alanların sayı isə 14 nəfərdir.

Kamboca tərəfdən itkilərlə bağlı məlumat verilməyib.

Xəbər Lenti