Hindistan ABŞ-la ticarət razılaşmasının əldə olunmasına çalışır

Tarix: 02.09.2025 11:49

Hindistan qarşılıqlı ticarət razılaşması əldə etmək məqsədilə ABŞ-la danışıqlar aparır.

APA “Reuters” ə istinadən xəbər verir ki, bunu Hindistanın ticarət naziri Piyuş Qoyal deyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın Hindistana tətbiq etdiyi əlavə 25%-lik tarif vergisi iki ölkə arasında gərginliyə səbəb olub.