Araqçi və Kallas Dohada görüşüb

Tarix: 05.09.2025 11:36

İranın xarici işlər naziri Abbas Araqçi və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Doha şəhərində görüşüb.

APA “Daneşcu”ya istinadən xəbər verir ki, iranlı nazir “Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Fransa, Almaniya) İrana qarşı sanskiyaları bərpa etməklə bağlı start verdikləri prosesi pisləyib.

Araqçi və Kallas İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaəqələri barədə müzakirələr aparıb.

Kaya Kallas İranın nüvə proqramının həll yolunun yalnız diplomatiyadan keçdiyini vurğulayıb.

Tərəflər dialoqun gələcəkdə də davam etdirilməsi barədə razılığa gəliblər.