Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 22 Sep 2025 11:50
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 115 nəfər köçürülüb.



