Elm və Təhsil Nazirliyinin tabeliyindəki institutlar əsasında publik hüquqi şəxslər yaradılıb

Tarix: 08 Oct 2025 11:58

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında” qərar verib.

APA-nın xəbərinə görə, qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı

publik hüquqi şəxslər yaradılıb:

1.1. Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;

1.2. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və

Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;

1.3. Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika

İnstitutu;

1.4. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;

1.5. İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;

1.6. Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;

1.7. Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;

1.8. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki:

2.1. Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilsin;

2.2. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət

Universitetinin tabeliyinə verilsin;

2.3. Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə

verilsin.

Xəbər Lenti