FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

Tarix: 25.10.2025 11:42

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aran RM-in rəisi polkovnik-leytenant Ramin Orucovun və şəxsi heyətin iştirakı ilə keçirilən ağacəkmə aksiyası Mərkəzin ərazisində təşkil olunub.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ edilməsi olub.

Ağacəkmə aksiyası çərçivəsində Regional Mərkəzin ərazisində eldar şamları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Xəbər Lenti