Daşkəsəndə yeniyetməyə xəsarət yetirilib

Tarix: 05 Dec 2025 16:16

Daşkəsəndə yeniyetməyə dava zamanı xəsarət yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2011-ci il təvəllüdlü E.O. qollarından və qulağından kəsilmiş yara ilə xəstəxanaya yeləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, yeniyetmə ilə tanışı arasında pul üstündə mübahisə olub. Tanışı onu butulka ilə vuraraq xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Daşkəsən dava yeniyetmə xəsarət

Xəbər Lenti