Sabiq lisey direktoruna hökm oxunub

Tarix: 05 Dec 2025 18:03

Qazax Peşə liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsin hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Xudaverdiyev Xudaverdi Səməd oğlu rəhbərlik etdiyi liseydə aparılan audit yoxlama zamanı ciddi pozuntular aşkarlandığına vəzifəsindən kənarlaşdırılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Emin Şirvanzadə hökm Qazax Peşə liseyi Gəncə Ağır Cinayətlər Məhkəməsi

Xəbər Lenti