Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 06 Dec 2025 11:23
Qax rayon sakini silahdan açılmış atəşdən xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Vüqar Heydərov Qax silah xəsarət