Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 06 Dec 2025 10:57
Bakı şəhərinin Nizami rayonunda yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” markalı minik avtomobilinin salon hissəsi və “Volkswagen” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Emin Şirvanzadə Bakı hotel qaraj yanğın