Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 06 Dec 2025 10:45
Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. Rövşən Hazmanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Vüqar Heydərov Zaqatala yol qəzası piyada ölüm faktı