“İndiyədək bundan əziyyət çəkirik”

Tarix: 22.12.2023 09:54

Dünyaşöhrətli müğənni Cennifer Lopez “Variety” nəşrinə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi etirafı ilə diqqət çəkib.

Lopezin sözlərinə görə, o və əri Ben Afflek 2000-ci illərdəki uğursuz sevgi romanından sonra hələ də travmasonrası stres pozuntusundan əziyyət çəkirlər. Onların münasibət qurmaq üçün ilk cəhdləri nişanın pozulması ilə başa çatmışdı və Lopezin sözlərinə görə, bu, ictimaiyyətin cütlüyünə həddindən artıq diqqət yetirməsi səbəbindən baş vermişdi.

O qeyd edib ki, travmasonrası stres pozuntusu indiyədək onların münasibətlərinə təsir edir: “Lakin indi böyümüşük. Biz daha müdrikik”.

Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. 2021-ci ildə onlar münasibətlərini bərpa ediblər, 2022-ci ildə isə nəhayət evləniblər.

Xəbər Lenti