Beyləqanda ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Tarix: 06 Dec 2025 20:32

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında aşıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Elgün Gəncimsoy

Xəbər Lenti