Volkan Demirel "Gənclərbirliyi”-nin baş məşqçi postundan istefa verib

Tarix: 07 Dec 2025 19:42

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, Volkan Demirel “Gənclərbirliyi” klubundan ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşma əsasında 44 yaşlı mütəxəssisin Super Liqa təmsilçisi ilə müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Volkan Demirel bu ilin oktyabr ayında komandaya rəhbərlik etməyə başlamışdı.

Volkan Demirel

Xəbər Lenti