Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Tarix: 07 Dec 2025 23:39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər Bulvarı ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib. Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1993-cü il təvəllüdlü N.Əlizadə Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Mənbə: apa.az

Xəbər Lenti