Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 23 Dec 2023 10:28
ABŞ Prezidenti Co Baydenin Milad və Yeni il bayramlarını harada qeyd edəcəyi açıqlanıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
Dövlət başçısı Milad bayramını Kemp-Deviddə (Merilend ştatı), Yeni ili isə Karib dənizində yerləşən Santa-Krus adasında qarşılayacaq.
Qeyd edək ki, ABŞ-də Milad bayramı dekabrın 25-də qeyd olunur. Bayden ötən Yeni ili də Santa-Krusda qarşılamışdı.