Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 11 Dec 2025 13:18
Bu ilin noyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 460 min barel səviyyəsində olub.
"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, noyabrda Azərbaycanda ortalama gündəlik neft hasilatı oktyabr ayının göstəricisinə bərabərdir.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan noyabr ayında "OPEC+" çərçivəsində kvotasından 91 min barel geri qalıb.
Emil İsmayılov IEA Azərbaycan neft hasilatı