Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb

Tarix: 26 Dec 2023 11:10

Bu il Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatdırılıb.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, Azərbaycan təhsili tarixində rekord rəqəmdir:

"Son illərdə xarici vətəndaşlar üçün təhsil müəssisələrinə müraciət və yaşayış icazələrinin alınması üçün xeyli iş görülüb".

Xəbər Lenti