Yasamal və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Tarix: 12 Dec 2025 08:48

Bu gün Bakının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, Yasamal rayonunda yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Ağ şəhər ərazisində isə yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 12.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Emil İsmayılov Bakı qaz təchizatı

Xəbər Lenti