YAP seçici imzalarını MSK-ya təqdim edib

Tarix: 26 Dec 2023 18:15

Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

APA YAP-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Xəbər Lenti