Rus estradasının simaları üzr istədilər

Tarix: 26.12.2023 23:40

20,21 dekabrda televiziya aparıcısı Nastya İvleevanın təşkilatçılığı ilə Moskvanın “Mutabor” klubunda ziyafət keçirilib. Sözügedən partidə yarıçılpaq geyim tərzi gecənin qonaqları üçün öncədən planlaşdırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, ziyafətdən əvvəl sosial şəbəkələrdə yayılan görüntülər səs-küyə səbəb olub.

Belə ki, “çılpaq parti” hökumətyönlü fəalların qəzəbinə səbəb olub. Onlar müharibə zamanı belə bir hadisənin baş verməsindən hiddətləniblər.

Məsələ ilə bağlı prokurorluğa şikayətlər daxil olub. Bu gün ziyafət iştirakçıları, rus estradasının tanınmış simaları kütləvi şəkildə sosial şəbəkə hesablarında paylaşımlar edərək üzr istəyiblər.

Qeyd edək ki, həmin tanınmışlar arasında Flip Krikorov, Dima Bilan, Nikolay Vasiliyev, Kseniya Sobçak və başqaları olub.

Xəbər Lenti