Cümə, 27 Mart, 2026
Tarix: 28 Dec 2023 11:11
“Xarici nəşrlərdə məqalələr çap etdirmək çox çətinləşib. Biz bu il bəzi qərəzli mövqeləri gördük”.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, BMTM-nin əməkdaşlıq etdiyi bəzi qurumlar məqalələri dərc etməkdən imtina edib və səbəb də göstərməyiblər.
“Buna baxmayaraq, 2023-cü ildə xarici nəşrlərdə 130-a yaXın məqalə dərc olunub”, - o qeyd edib.