Türkiyə Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 mlrd. dollara çatdırmağı hədəfləyir

Tarix: 15 Dec 2025 16:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmağın əsas hədəflərdən biri olduğunu bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan ticarət həcminin artırılmasında Orta Dəhlizin rolunu xüsusi vurğulayıb.

“Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirik”, - Ərdoğan deyib.

O qeyd edib ki, Orta Dəhliz Türk dövlətləri arasında ticarət axınını daha da sürətləndirəcək.

Dəryanur Cəfərova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dövlətləri ticarət dövriyyəsi

Xəbər Lenti