Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 29 Dec 2023 07:25
Türkiyədə 2 qadının 2 əsr əvvəl yazdığı kulinariya kitabı gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məumat Türkiyə mətbuatında yayılıb.
200 reseptin toplaşdığı kitab 71 ölkə arasında “Ən yaxşı ailə yemək kitabı” kateqoriyasında birinci yerə layiq görülüb. Kitab həm tarixilik həm də ölkə mədəniyyəti baxımından nadir tapıntı hesab olunur. Onun müəllifləri İzmirdə doğulmuş və orada ölmüş iki qadındır.
Sözügedən kitab yenilənərək 3 dildə nəşr olunub.