Çərşənbə axşamı, 16 Dekabr, 2025
Tarix: 16 Dec 2025 11:37
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 524 604,65 min ABŞ dolları dəyərində 12 670 719,72 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 742 159,08 min dollar dəyərində 1 405 059,25 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü Xorvatiya tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 666 587,01 min dollar 1 255 021,16 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 11 514 966,53 min dollarlıq 22 132 445,56 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
№
Ölkələr
Məbləğ, min $
Miqdar (ton)
-
Cəmi
11 514 966.53
22 132 445.56
1
İtaliya
6 524 604.65
12 670 719.72
2
Çexiya
742 159.08
1 405 059.25
3
Xorvatiya
666 587.01
1 255 021.16
4
Rumıniya
559 691.19
1 043 111.41
5
Almaniya
502 018.65
956 716.48
6
Portuqaliya
430 730.82
803 374.35
7
Yunanıstan
313 840.72
590 674.03
8
Böyük Britaniya
273 052.39
514 926.69
9
İrlandiya
267 776.63
524 907.84
10
Tunis
198 705.68
370 471.31
11
Niderland
182 857.88
360 687.86
12
Fransa
143 049.38
281 055.52
13
Hindistan
126 113.14
250 122.21
14
İsveçrə
96 641.78
172 862.46
15
Bolqarıstan
92 288.51
169 525.70
16
Avstriya
87 951.93
177 544.30
17
Tailand
75 910.84
137 785.75
18
İndoneziya
72 131.22
130 925.36
19
Türkiyə
68 994.28
142 382.68
20
Danimarka
49 689.27
88 157.38
21
İspaniya
38 585.23
82 575.87
22
Gürcüstan
1 586.27
3 838.22
Emil İsmayılov Dövlət Gömrük Komitəsi neftin ixracı İtaliya Çexiya Xorvatiya