Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək

Tarix: 16 Dec 2025 12:28

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Firuzə Vahid vəfat edən dövlət qulluqçuları dövlət qulluqçuları vərəsələr müavinət

Xəbər Lenti