Cümə axşamı, 5 Mart, 2026
Tarix: 16 Dec 2025 14:16
Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köçən sakinlərə evlərinin açarları təqdim edilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin əməkdaşları, Qaçqınlar məcburi köçkünlərin işləri üzrə Dövlət xidmətinin və ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibəti ilə təbrik edib, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.
Sonra Təzəbinə və Seyidbəyli sakinlərinə evlərin açarları təqdim olunub.
***
13.30
Növbəti köç karvanları Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb.
https://t.me/apa_az/110489
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər köçürülüb.
***
12:44
Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər yola düşüb.
Qeyd edək ki, Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Elgün Gəncimsoy Xocalı Təzəbinə Seyidbəyli köç



