Keçmiş məcburi köçkün: Mən şəhid ailəsiyəm və həyat yoldaşımla qürur duyuram

Tarix: 17 Dec 2025 07:31

“Mən şəhid ailəsiyəm və həyat yoldaşımla qürur duyuram. O, Vətən uğrunda canından keçib”.

APA xəbər verir ki, bu sözləri Xocavənd rayonundan keçmiş məcburi köçkün Nabat İsgəndərova deyib.

“Biz o torpaqlardan çox ağır şəraitdə çıxmışdıq, gözlərimin önündə həyatını itirən insanlar oldu. Bu gün isə həmin yerlər yenidən qurulub, daha da gözəlləşib. Bugünkü azad və firavan günlərimiz üçün bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Allah Prezidentimizı qorusun”, - o əlavə edib.

Fərid Yusifov

Xəbər Lenti