Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 30 Dec 2023 03:37
Yevlax rayonunda avtomobil su kanalına düşüb, bir nəfər vəfat edib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq su kanalına düşməsi nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Yusubov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.