Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 08:44
Bu gün paytaxtın Səbail və Yasamal rayonlarının bəzi ərazilərində qaz olmayacaq.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, saat 10:00-dan etibarən Səbail rayonu, 20-ci Sahədə tənzimləyicinin təmiri və siyirtmənin yenisi ilə əvəzlənməsi, Yasamal rayonunda isə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Emil İsmayılov Bakı qaz təchizatı