Beynəlxalq Enerji Agentliyi: Kömürə olan qlobal tələbat bu il rekord səviyyəyə çatacaq

Tarix: 17 Dec 2025 12:24

Bu il kömürə olan qlobal tələbat 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,5% artaraq rekord göstəriciyə çatacaq və 8,85 mlrd. ton təşkil edəcək.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) “Kömür 2025” (“Coal 2025”) hesabatına istinadən xəbər verir.

“Bərpa olunan enerji mənbələri, təbii qaz və nüvə enerjisi daxil olmaqla digər enerji mənbələri ilə rəqabətin güclənməsi fonunda qlobal kömür tələbatının bu onilliyin sonuna doğru tədricən azalacağı gözlənilir”, - hesabatda qeyd olunur.

Belə ki, hesabata əsasən, 2030-cu ilə üçün dünyada kömürə olan tələbat 2025-ci ilin göstəriciləri ilə müqayisədə 3% azalacaq.

Emil İsmayılov IEA kömür tələbat

Xəbər Lenti