Çərşənbə, 17 Dekabr, 2025
Tarix: 17 Dec 2025 14:08
Avropa İttifaqı Rusiyadan enerji asılılığından azadlıq dövrünə yaxınlaşır.
“APA-Economics”in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Bu barədə Avropa Komissiyasının sədri Ursula von der Lyayen bildirib.
“Avropa İttifaqı yeni bir dövrə – Rusiyadan enerji asılılığından azadlıq dövrünə yaxınlaşır. Avropa müstəqilliyi dövrü geri dönməz olmalıdır”, - Ursula von der Lyayen qeyd edib.
Onun sözlərinə görə, Rusiyadan Aİ-yə qaz idxalı, o cümlədən LNG və boru kəməri ilə nəql edilən qaz, müharibədən (Rusiya ilə Ukrayna arasında – red.) əvvəlki 45%-dən bu gün 13%-ə enib. Neft idxalı isə 26%-dan 2%-ə düşüb.
Emil İsmayılov Avropa İttifaqı Avropa Komissiyası Ursula von der Lyayen Rusiya neft qaz