Cümə, 29 May, 2026
Tarix: 30 Dec 2023 12:16
Gürcüstanın cənub-şərqində 4,1 maqnitudalı zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Yeraltı təkanlar Dmanisi şəhərindən 9 kilometr, paytaxt Tbilisidən isə 53 kilometr məsafədə qeydə alınıb.
Dağıntı barədə məlumat verilməyib.
Mənbə: qafqazinfo.az