Növbəti köç Xocavəndin Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim edilib- YENİLƏNİB - FOTO

Tarix: 17 Dec 2025 15:20

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, dekabrın 17-də Qırmızı Bazar qəsəbəsinə köçürülən 90 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

14.35

Bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub.

APA-nın xəbərinə görə, köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb.

Qırmızı Bazar qəsəbəsinə 90 nəfərdən ibarət 18 ailə köçürülüb.

Elgün Gəncimsoy Xocavənd Qırmızı Bazar köç karvan

Xəbər Lenti