ƏƏSMN şöbə müdiri: Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq

Tarix: 17 Dec 2025 15:55

“Hesab edirik ki, konvensiyada nəzərdə tutulan norma dəyişikliklər mütləq Əmək Məcəlləsində öz əksini tapmalıdır”.

APA xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov deyib.

Şöbə müdiri bildirib ki, hazırda baxılan layihə ilə bağlı təkliflərin əsasını onun beynəlxalq standartlara uyğunlaşması təşkil edir: “Bu günədək ödənişsiz atalıq məzuniyyətindən istifadə edən şəxsə rast gəlməmişik. Ancaq qanuna edilən dəyişiklik buna şərait yaradacaq”.

Günay Elşən sosial atalıq məzuniyyəti Əmək Məcəlləsi

Xəbər Lenti