- , 22 Dekabr, 2024
Tarix: 31.12.2023 11:22
Mandarini qeyri-məhdud miqdarda yemək təhlükəli ola bilər.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov bildirib.
O qeyd edib ki, mandarinin tərkibində həddindən artıq miqdarda olan salisilik turşu dərinin qaşınmasına və qızarmasına səbəb ola bilər. Bundan əlavə, sitrus meyvələri güclü allergiya yaradır.
“Bədəninizin bu xüsusiyyətini bilirsinizsə, risk etməməlisiniz”, - o vurğulayıb.
Həkim xəbərdarlıq edib ki, bu meyvəni çox yemək mədə-bağırsaq traktında problemlərə və xoşagəlməz simptomlara da səbəb ola bilər. Belə ki, sizdə şişkinlik, ürək yanması və ürək bulanması yarada bilər.
Onun sözlərinə görə, diabet xəstələri sitrus meyvələri ilə də ehtiyatlı davranmalıdırlar, çünki tərkibindəki fruktoza qan şəkərinin artmasına səbəb olur.
“Yetkinlər üçün norma gündə beş, uşaqlar üçün isə daha az - cəmi bir neçə ədəddir”, - deyə mütəxəssis əlavə edib.