QİÇS-lə Mübarizə və narkoloji mərkəzlərdə müalicə olunanların sayı açıqlanıb

Tarix: 19 Dec 2025 11:28

Bu ilin 11 ayında metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 282, QİÇS-lə Mübarizə Mərkəzində 315, Sumqayıt Narkoloji Mərkəzində 124 nəfər) 721 xəstə müalicə alır.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Məlumata görə, respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

2025-ci ilin noyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 54 (4,9%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Selcan Zaurqızı Narkotik statistika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası QİÇS

Xəbər Lenti